Orient Xpress

Dekabr 14, 2008 at 7:04 axşam Bir şərh yazın

Artıq iştirakçını dəyişməyin gec olduğunu nəzərə alsaq OX-in Yanvarda bizi təmsil edəcəyi tam dəqiqdi. Təmsilçimiz haqda daha ətraflı məlumat verməyi məqsədəuyğun sayıram. Kimdi Orient Xpress? Özlərinin qrupa verdikləri tərif çox xoşuma gəlir: TransCaucasian Indie Guitar band with Azeri passion, Irish soul, Essex Blag, Polish spirit, and a whole heap of loveliness. The sort of band that a 15yo crazy will love but his mum will too.

Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərən Anar Yusufovun nailiyyətləri də özlərini çox gözlətmir. 2000-ci illərdə yerli jazz klublara getməyə başlayan Anar, burada Elvin Bəşirovla tanış olur. İkisi birgə qrup qurmaq fikrinə düşən cavanlar aradan bir qədər vaxt keçdikdən sonra bu fikirlərini realizə edə bilirlər. 2003-cü il, Anar Konservatoriyada təhsil alır və məşqlərin birində Elvin Beybutovla tanış olur. Beləcə çoxdandır axtarılan Bass gitarist tapılır və Orient Xpress Jazz qrupu yaradılır.

Bəz azəri ehtiraslı bu cavanlara Ancient Hero’da açıq-aydın sezilən İrland ruhu haradan gəlirdi? Rob Cole buna səbəbkardı. O’Malley’s Irish Pub-da qrupun üzvləri ilə tanış olan Rob elə oradaca qrupun ilk çıxışında onlardan birinə çevrilir. Azərbaycan illər sonra musiqini onun həyatına qaytarır və artıq 10 ilə yaxındır ki, Rob buradadı, aramızdadı, bizimlədi!

Orient Xpress qrupu qurulduqdan sonra yüzlərlə böyük-kiçik konsertlər verir və artıq sevimli festivalımıza çevrilmiş Live&Digital’ı dinləyicilərə təqdim edir. Bu marka altında səhv eləmirəmsə keçən 4 festival haqda ancaq xoş sözlər eşitmişəm və onlardan 2-ində şəxsən özüm iştirak etdiyim üçün bu xoş sözləri tam təsdiq etməyə utanmaram:)

Fikrimlə razılaşmaya bilərsiz, amma ümumilikdə OX Azərbaycanda ola biləcək ən keyfiyyətli musiqi ifa edən qruplardan biridir, təsadüfi deyil ki, TC Yanvar surətində bizi məhz OX təmsil edəcək.

Qrupun hal-hazırki üzvləri:

  • Anar Yusufov: vokal, klavişlər
  • Rob Cole: gitara, vokal
  • Emil Əliyev: dramlar
  • Alex Cole: bass gitarist

Qrupun şəxsi səhifəsi: http://www.myspace.com/vominion

Başqa qruplarla birgə festivallara çıxan OX, bu ay da bizi öz çıxışı ilə sevindirəcək. Rockzone.az internet portalının köməyilə Rockzone vol.1 adı altında keçiriləcək festivalda OX-lə yanaşı Azərbaycanın bir neçə qocaman və cavan qrupları da səhnə alacaqlar. Poster aşağıda:

Entry filed under: bio. Tags: , , .

Azərbaycan The Countdown’da! Xorvatiyanın ilk qızılı!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Calendar

Dekabr 2008
BE ÇA Ç CA C Ş B
    Yan »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Kateqoriyalar

Səhifələr

Millinet


%d bloqqer bunu bəyənir: