İki gözəl xanım və qulaq oxşayan ifa

Yanvar 24, 2009 at 9:16 səhər Bir şərh yazın

“Xoşuna gəlirsə”ni ilk dəfə eşidən kimi nəhayət tapdım deyə düşündüm. Şükür ki, əlacsızlıqdan bəyənmədiyim bir mahnını yollamaq kimi bir hadisəylə hələ ki üzləşməmişəm (ancaq belə getsə mahnı seçimində çətin günlərimiz hələ qabaqdadı).

Samira Tunzale

Hər iki müğənninin ayrı-ayrılıqda bəyəndiyim mahnıları var və düşünürəm ki, qızlar bu mahnını da həm professional səviyyədə həm də asan qəbul ediləcək şəkildə ifa ediblər. Dinləyin və fikirlərinizi bölüşün, axı bu blog elə sizin üçündür;)

http://www.mp3-az.com/ru/download.php?id=5889&ass=tunzale_agayeva_xoshuna_gelirse_feat_samira.mp3&code=93bc4c5a596049cd9de7150cab658f78

Hönkürməkmi Yaxşı, Gülməkmi Yaxşı?
Hansını Bəyənirsən, Susum Çağlayım?!
Təzəcə Quruyub Gözümün, Gözümün Yaşı
Xoşuna Gəlirsə, Yenə Ağlayım?!

Məndən Bir Ürək Var, Xatirə Səndə,
Xoşuna Gəlirsə, Qalsın Sinəndə.

O Qədər Ümüdüm Açılıb, Açılıb Solub
Ürəyim O Qədər Boşalıb, Boşalıb Dolub.
Xoşuna Gəlirsə, Divanə Olub
Lap Sənin Üzündən, Yar, Sorağlayım.

Məndən Bir Ürək Var, Xatirə Səndə,
Xoşuna Gəlirsə, Qalsın Sinəndə.

Hər Gün Küçəmizin Dar Səkisində
Kimlə Gəlirsən Gəl, Ayaq Saxlayım.

– – –

Bu iki gözəl xanım barədə biraz ətraflı məlumat vermək istərdim, beləliklə:

Allahverdiyeva Samira Ədalət qızı. 1979-cu ilin avqustun 25-də anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq fakultəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7-17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə professional səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə “Qayıtdı Xəyallar” adlı ilk albomu işıq üzü görmüşdür. Və çox böyük uğur qazanmışdır. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır.

Ağayeva Tünzalə Qabil qızı. 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində doğulub. Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib. 2001-ci ildə “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə “Türksoy” Beynəlxalq müsabiqəsinin laueratı, 2003-cü ildə Beynəlxalq “Yalta-2003” müsabiqəsinin Qran-pri mükafatçısı olub.

Sonda “Xoşuna gəlirsə” xoşuma gəlir deyirəm!:) Sizin bəyənib bəyənmədiyinizi bilmək üçün şərh lövhəsi, TC iştirakçı ölkələrin nümayəndələrinin fikrini bilmək üçün isə təxminən 1 ay vaxt var.

Entry filed under: Bioqrafiya, Mahnılar, Sözlər, Şəkillər. Tags: , , , , , , .

Fevral’09 Təmsilçi Seçimi Yanvar 09 səsvermə nəticələri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Calendar

Yanvar 2009
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Kateqoriyalar

Səhifələr

Millinet


%d bloqqer bunu bəyənir: