Biraz statistika

Yanvar 27, 2009 at 6:28 səhər Bir şərh yazın

Son ayda 58 xal payladıq (sabit rəqəm) və bunun əvəzində 79 xal topladıq. Bu alverə biraz yaxından baxaq:) “Fall is here” 3 ölkənin ən xoşuna gələn mahnı olmasına baxmayaraq, digər ölkələr onu elə də yüksək qiymətləndirmədi. Ancaq nə də olmasa top 10 mahnı arasına düşməyimizə verilən bütün səslər kömək etdi. Ona görə Azərbaycana səs verən ölkələrə dərin minnətdarlıq! və daha da irəli gedib bəyənib də səs verə bilməyən ölkələrə də təşəkkür edirəm, çünki dəqiq bilirəm ki bu hal bir çox insan üçün baş verir. Məsələn mənim səs verdiyim son 4 ölkə əvəzinə (bunların hansı ölkələr olduğunu birazdan görəcəksiniz) ABŞ, Yunanıstan, Çili, Estoniya da ola bilərdi..

İlk olaraq səs verdiyim ölkələrin siyahısı yazım. Beləliklə, Azərbaycan TC 2009 Yanvar ayında aşağıdakı ölkələrə səs verdi:

  1. Mexico – Paty Cantú – Déjame ir (12 p.)
  2. Iceland – Sigur Rós – Inní mér syngur vitleysingur (10 p.)
  3. Brazil – Jota Quest – Laptop (8 p.)
  4. United Kingdom – Leona Lewis – Run (7 p.)
  5. Turkey – Bedük – Roundabout (6 p.)
  6. Poland – Manchester – Nie na pierwszej randce (5 p.)
  7. Georgia – Nino Chkheidze – Chven davbrundebit (4 p.)
  8. Sweden – Darin feat. Kat DeLuna – Breathing Your Love (3 p.)
  9. Belgium – Milow – Ayo Technology (2 p.)
  10. Israel – Coolooloosh – Elements of Sound (1 p.)

Ümumi nəticədə ilk onluqda mənim səs verdiyim ölkələrin 6-sı qərarlaşdı. Ən çox halına yandığım isə Braziliya oldu. Mahnı mənə çox xoş gəlsə də sondan 3-də qərar tutdu.

Keçək bizi bəyənən ölkələrə. 79 xal toplamağımıza səbəb olan ölkələr və onların bizə verdiyi qiymətlər belədir:

  1. Finland – 12 p.
  2. Slovakia – 12p.
  3. Ukraine – 12p.
  4. Poland – 8 p.
  5. RoTW (Colombia + Iran) – 8p.
  6. USA – 7 p.
  7. Netherlands – 5 p.
  8. Mexico – 4 p.
  9. Bosnia and Herzegovina – 3 p.
  10. Italy – 3 p.
  11. Japan – 3 p.
  12. Czech Republic – 2 p.

7-ci yer elə də yaxşı gözə dəyməsə də əslində yüksək nəticədir, və bizim mahnının 12 ölkənin ilk 10 sıralamasına girməsi də çox sevindirici haldır.

Yanvar ayının səsverməsini “canlı” olaraq BURADAN izləyə bilərsiniz.

Kimin kimə səs verdiyini tez bir şəkildə bilmək istəyirsinizsə SƏSVERMƏ CƏDVƏLİ (voting sheet) sizin ixtiyarınızdadır.

Entry filed under: Nəticələr, Statistika. Tags: , .

Yanvar 09 səsvermə nəticələri 42 ölkə Fevral 09 nominantlarını açıqladı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Calendar

Yanvar 2009
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Kateqoriyalar

Səhifələr

Millinet


%d bloqqer bunu bəyənir: